Sərvətini nümayiş etdirən blogerlərin hesabları silindi
Çinli bloger Vanq Honqquanxinq sərvətini nümayiş etdirdiyi üçün "Weibo", "Douyin" və "Xiaohongshu" sosial şəbəkələrində bloklanıb.
meqale.com axsam.az-a istinadən xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Bloger öz səhifələrində dəbdəbəli həyatını izləyicilərinə göstərib. O, bahalı paltarlar və zinət əşyaları geyinir, alış-verişini nümayiş etdirirdi. Bu, Çin hakimiyyətinin xoşuna gəlməyib.
İndi Vanq ölkədə məşhur platformalardan istifadə edə bilmir. Çünki onun profilləri silinib. Blogerin səhifələrini milyonlarla istifadəçi izləyirdi. Təkcə "Douyin"də blogerin 4,3 milyon izləyicisi var idi.
Vanqdan başqa öz malikanələrini, dizayner çantalarını və avtomobillərini izləyicilərinə nümayiş etdirən "Sister Abalone" və "Mr.Bo" kimi blogerlərin də səhifələri silinib.