Serxio Aquero 10 min dollar ziyana düşdü
Argentina millisinin sabiq hücumçusu Serxio Aquero UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən "Mançester Siti" - "Real Madrid" matçına qoyulan mərcə görə on min dollar itirib.
meqale.com oxuya istinadən xəbər verir ki, İngiltərə nəhənginin sabiq forvardı matçın ilk yarısında ən azı iki qolun vurulacağına mərc edib. Lakin ilk 45 dəqiqədə cəmi bir qol qeydə alınıb. Qolu "şəhərlilər"in norveçli hücumçusu Erlinq Holand vurub.
Bundan əlavə Serxio Aquero "Real Madrid" klubunun "Mançester Siti" ilə görüşdə qalib gəlməyəcəyini əks təqdirdə isə cinsi orqanını kəsəcəyini vəd etmişdi.