Şimali Koreya yeni tankı ilə göz dağı verdi - FOTO

Koreya Xalq Demokratik Respublikasında (KXDR) keçirilən tank ekipajları arasında yarışlarda ölkənin yeni tank növü nümayiş olunub.

Şimali Koreya yeni tankı ilə göz dağı verdi - FOTO
Koreya Xalq Demokratik Respublikasında (KXDR) keçirilən tank ekipajları arasında yarışlarda ölkənin yeni tank növü nümayiş olunub.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

"Yarış vahid bölmə üsulu ilə keçirilib. Onlar tank heyətlərinin praktiki bacarıqlarını və müxtəlif taktiki tapşırıqların yerinə yetirilməsi üzrə döyüş əməliyyatları üsullarını ciddi şəkildə yoxlamaq məqsədi daşıyır. Yarışda iri tank birləşmələrindən seçilən tank heyətləri iştirak ediblər"- agentliyin açıqlamasında bildirilib.

Yarışda Şimali Koreya lideri Kim Çen In, müdafiə naziri Kanq Sun Nam və Koreya Xalq Ordusunun Baş Qərargah rəisi Li Yon Qil iştirak ediblər.

Kim Çen In yeni tanka baxış keçirib və bildirib ki, texnika dünyanın ən güclü tanklarından biridir.