Siruz Təbrizlinin evi satışa çıxarıldı - bu qiymətə

Mərhum sabiq deputat və YAP-ın yaradıcılarından biri olan Siruz Təbrizlinin evi satışa çıxarılıb.

Siruz Təbrizlinin evi satışa çıxarıldı - bu qiymətə
Mərhum sabiq deputat və YAP-ın yaradıcılarından biri olan Siruz Təbrizlinin evi satışa çıxarılıb.

meqale.com pravda.az-a istinadla xəbər verir ki, 8 otaqlı 750 kvadratmetrlik mənzil "Statistika dairəsi" yaxınlığında yerləşir.

Qiyməti 1.600.000 manatdır.

S.Təbrizli Azərbaycan siyasətçisi və jurnalisti, Milli Məclisin I çağırış (1995-1998) və II çağırış (2000-2005) üzvü, Azərbaycanın mətbuat və informasiya naziri (1997-2000), Yeni Azərbaycan Partiyasının qurucu 91 üzvündən biri idi.