Şirvanda saxlanılan AXCP sədrinin müavini sərbəst buraxıldı - YENİLƏNİB

14:52

Şirvanda saxlanılan AXCP sədrinin müavini sərbəst buraxıldı - YENİLƏNİB
14:52

Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılan AXCP İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmov sərbəst buraxılıb.

Bu barədə meqale.com-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, onun barəsində qanunvericiləyə uyğun tədbir görülərək sərbəst buraxılıb.

-------- 11:01 AXCP İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmovun Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb.

meqale.com xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 6-da saat 23 radələrində DİN-in "102 Zəng Mərkəzi"nə Şirvan şəhərində evlərin birinə oğurluq məqsədilə naməlum şəxsin daxil olması və bunun yaşayış sahəsində mövcud olan kameraya düşməsi ilə bağlı müraciəti daxil olub.

Polis əməkdaşları tərəfindən çağırış üzrə həmin ünvanda olan şəxs saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə gətirilib. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunan, 1982-ci il təvəllüdlü Məhərrəmov Ayaz Həbib oğlu olması müəyyən edilib.