Şövkət Ələkbərovanın xatirəsinə həsr olunmuş konsert proqramı təqdim edilib - FOTO

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, unudulmaz müğənni Şövkət Ələkbərovanın xatirəsinə həsr olunmuş konsert proqramı təqdim edilib.

Xalq və bəstəkar mahnılarının mahir ifaçılarından olan Şövkət xanım özündən sonra hər sənətkara nəsib olmayan bir məktəb qoyub getmişdir. Onun ifasında səslənən mahnılar zaman - zaman geniş dinləyici rəğbəti, alqışı qazanaraq neçə - neçə gənc xanəndə və müğənninin repertuarını bəzəmiş, onların bir sənətkar kimi yetişməsində, formalaşmasında müstəsna rol oynayıb. Gecədə Şövkət Ələkbərovanın repertuarından dillər əzbəri olan bəstəkar və xalq mahnıları səsləndirilib.