Bəstəkar Cavanşir Quliyevin səhhəti açıqlandı
Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin vəziyyəti yaxşılaşır.
meqale.com xəbər verir ki, bu barədə APA-ya bəstəkarın ailə dostlarından biri məlumat verib.
Onun sözlərinə görə, Cavanşir Quliyev səhhəti ilə bağlı tezliklə özü məlumat verəcək.
Qeyd edək ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşib. 74 yaşlı bəstəkar xəstəxanaya yerləşdirilib. Onun beyninə qan sızdığı bildirilir.