Sumqayıtda avtomobil sexlərindəki yanğın məhdudlaşdırıldı - YENİLƏNİB
13:25
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Koroğlu prospektində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN-in Mətbuat xidmətindən meqale.com-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində təxminən 1500 kv.m. sahədə açıq ərazidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən avtomobil təmiri sexlərinə və fərdi yaşayış evlərinə keçməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
--------- 13:16 Sumqayıt şəhərində qamışlıq ərazidə yanğın başlayıb.
meqale.com APA-ya istinadən bildirir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.
Yanğın genişlənərək yaxınlıqda olan avtomobil sexlərinə keçib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub.
Hazırda alovun qarşısını almaq üçün tədbirlər davam etdirilir.