Sürayə Ağayeva vəfat etdi
Əməkdar incəsənət xadimi, görkəmli müsiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Sürayə Ağayeva 77 yaşında vəfat edib.
                        meqale.com xəbər verir ki, bu barədə APA-ya S.Ağayevanın oğlu Fərid Gülməmmədov məlumat verib.
O bildirib ki, bir müddət əvvəl insult keçirərək xəstəxanaya yerləşdirilən S.Ağayevanın səhhəti bir neçə gün əvvəl yenidən pisləşib və həyatını xilas etmək mümkün olmayıb.
Mərhumla vida mərasimi 20 oktyabr, saat 11:00-da Təzə Pir məscidində olacaq.
Qeyd edək ki, Sürayə Ağayeva 1947-ci ildə anadan olub.