Sürücü oyuncaq silahla təşviş yaratdı - Həbs edildi - VİDEO
Sosial şəbəkələrdə paytaxtda avtomobildən silahabənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli meqale.com-a bildirib ki, "Hyundai" markalı avtomobildə hərəkət zamanı oyuncaq silahla ətrafda olan insanlarda təşviş və qorxu yaradan 24 yaşlı sürücü müəyyən olunaraq saxlanılıb.
O, inzibati qaydada həbs olunub.