"Şuşa kart" istifadəyə verildi - FOTO

Şuşada ictimai nəqliyyatda gediş-gəlişə imkan verən "Şuşa kart" istifadəyə verilib.

Şuşada ictimai nəqliyyatda gediş-gəlişə imkan verən "Şuşa kart" istifadəyə verilib.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Şuşa sakini Kərim Kərimli öz sosial şəbəkə hesabında yazıb.

O, artıq bu kart vasitəsilə şəhərdaxili sərnişin avtobusundan istifadə etdiyini qeyd edib:

"Şuşa kart" şəhərə daimi yaşamaq üçün köçən vətəndaşlara verilib. Bu gündən etibarən Qarabağın tarixində ilk dəfə olaraq Şuşada şəhərdaxili sərnişin avtobusunda kartdan istifadə etməyə başlayırıq".