Tanınmış aktrisanın səhnədə başına qapı düşdü - FOTO
Məşhur aktrisa Aslı Bekiroğlu səhnədə baş verən bədbəxt hadisə ilə izləyiciləri qorxuya salıb.
meqale.com xəbər verir ki, aktrisa baş rolunu canlandırdığı "Sil Baştan" tamaşası zamanı səhnə rekviziti kimi istifadə edilən qapının qəfil aşması nəticəsində xəsarət alıb.
Məlumata görə, tamaşa zamanı dekorun bir hissəsi olan qapı gözlənilmədən yerindən çıxaraq Bekiroğlunun başına dəyib. Hadisə zalda olan tamaşaçılar arasında qısa müddətli panikaya səbəb olub. Buna baxmayaraq, Aslı Bekiroğlu səhnəni tərk etməyib və peşəkarlıq nümayiş etdirərək rolunu sona qədər canlandırıb.
Tamaşadan dərhal sonra aktrisaya hadisə yerində tibbi yardım göstərilib. Tədbir məqsədilə xəstəxanaya aparılan Bekiroğlunun MRT müayinəsindən keçirildiyi və ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.