Tanınmış hücumçu "Qarabağ"a təklif edildi
"Qarabağ"ın sabiq hücumçusu, hazırda ölkəsi Braziliyanın "Flamenqo" klubunda çıxış edən Juninyo Olavionun qış fasiləsində Azərbaycan təmsilçisinə qayıtması gündəmdədir.
meqale.com xəbər verir ki, onun yanvarda icarəyə götürülməsi mümkündür.
"Famenqo" ilə hələ yayda Juninyonu yenidən heyətə qatmaq məqsədi ilə danışıq aparan, lakin olduqca yüksək maddi tələblər səbəbindən istəyinə çatmayan "köhlənlər" gələn ilin birinci ayında icarə variantını reallaşdıra bilərlər.
İndiki komandasında əsas hücumçuya çevrilə bilməsə də, bir müddət öncə Libertadores Kubokunu qazanan 29 yaşlı forvard yenidən "Qarabağ"da oynamaq variantına isti yanaşır.