Tbilisidə yaşayış binasında partlayış - ölən və yaralılar var

Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən yaşayış binalarının birində partlayış baş verib.

Tbilisidə yaşayış binasında partlayış - ölən və yaralılar var
Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən yaşayış binalarının birində partlayış baş verib.

meqale.com report-a istinadən xəbər verir ki, hadisə Ortaçala qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub. Nəticədə binanın fasadı və divarlarının bir hissəsi çöküb. Fövqəladə Halların İdarəolunması Xidmətinin yaydığı məlumata əsasən, hadisə nəticəsində bir nəfər həyatını itirib, dörd sakin isə müxtəlif dərəcəli xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralananlardan birinin vəziyyəti ağırdır.

Gürcüstanın məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarcveladze bildirib ki, partlayışın səbəbi dəqiqləşdirilir: "Baş vermiş faciə ilə bağlı həlak olan şəxsin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Ümid edirəm ki, yaralananlar tezliklə sağalacaq. Hazırda binanın dayanıqlığı yoxlanılır. Evakuasiya prosesi sürətlə aparılır və yaxın saatlarda bütün sakinlər müvəqqəti yaşayış yerlərinə yerləşdiriləcək. Binada yaşayan ailələrin dəqiq sayı araşdırılır, çünki bəzi mənzillər boş olub".