Tələbə faciəvi şəkildə öldü - FOTO

19:28

Tələbə faciəvi şəkildə öldü - FOTO
19:28

Astarada dənizdə boğularaq ölən tələbənin kimliyi məlum olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Astarada dənizdə boğularaq ölən şəxs Lerik rayonunun Cəngəmiran kənd sakini Tunar Taleh oğlu Qafarovdur.

Birinci kurs tələbəsi olan Tunar Qafarov 9 illik tədrisi bitirərək, Astarada kollecdə təhsilini davam etdirib.

Qeyd edək ki, Tunar Qafarov axşam saatlarında dostları ilə dənizdə çimərkən boğularaq ölüb.

------- 18:50

Astarada tələbə dənizdə boğulub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lerik rayon sakini, Astarada kollecdə təhsil alan şəxs çimərlikdə boğularaq ölüb.