Telefonla danışarkən "tok" vurdu, öldü

Çelyabinskdə ( Rusiya ) 16 yaşlı yeniyetmə telefonla danışarkən elektrik cərəyanı vurması nəticəsində ölüb. 

Telefonla danışarkən
Çelyabinskdə ( Rusiya ) 16 yaşlı yeniyetmə telefonla danışarkən elektrik cərəyanı vurması nəticəsində ölüb. 

meqale.com bildirir ki, bu barədə 74.RU xəbər yayıb, məlumatı hüquq-mühafizə orqanlarına istinad edib.

Məlumata görə hadisə Cənubi Ural küçəsində baş verib. Yeniyetmə telefonu şarj edərkən danışırmış və həmin vaxt onu elektrik cərəyanı vurub.

Hadisə ilə bağlı araşdırma başlanıb. Hüquq-mühafizə orqanları tərəfindən tibbi ekspertiza aparılacağı bildirilib.