Teleqram qaydaları dəyişdi: Şəxsi söhbətlər qorunmayacaq

Pavel Durovun Fransada saxlanılmasından sonra Teleqram təhlükəsizlik siyasətini dəyişib və şəxsi söhbətlərin moderasiyasına (Moderatorların qaydalara və istifadəçi kontentinin idarə edilməsinə (UGC) nəzarət) başlamaq niyyətindədir.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "TechCrunch" portalı məlumat yayıb.

Məlumata görə, Teleqram dünən özünün tez-tez verilən suallar (FAQ) səhifəsindən şəxsi söhbətlərin qorunduğuna dair məlumatı silib.

Messencerin rəhbərliyi bildirib ki, bütün Teleqram proqramlarında qeyri-qanuni məzmun barədə moderatorlara məlumat verməyə imkan verən "Reрort" düyməsi var.