Telman İsmayılov 5 milyona sığınacaq alıb? - Özündən açıqlama
"Çernoqoriyada siyasi sığınacaq almaq üçün heç kimə pul verməmişəm".
meqale.com lente istinadən xəbər verir ki, bu barədə azərbaycanlı milyonçu Telman İsmayılov açıqlamasında bildirib.
Bir qədər öncə Çernoqoriyanın gələcəyi uğrunda hərəkatı biznesmeni 5 milyon dollar müqabilində bu ölkədə siyasi sığınacaq almaqda ittiham etmişdi.
İsmayılov bildirib ki, sivil ölkələrdə belə böhtanlara görə məhkəməyə verirlər. Amma o hələ ki, buna tələsmir.
Onun dediyinə görə, 2000-ci ilin oktyabrında yerli hökumət qanuni qaydada ona siyasi sığınacaq verib.