Təranə Səmədovadan xəbər var
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən prodüser Təranə Səmədova və Rahim Həsənov barələrində olan hökmdən kassasiya şikayəti verib.
                        meqale.com APA-ya istinadən bildirir ki, prodüserin şikayətinə Ali Məhkəmədə dekabr ayında hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda Təranə Səmədova 6 il, Rasim Həsənov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apelyasiya Məhkəməsində isə hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.