Texniki nasazlığın səbəbi bilindi - "Cloudflare"dən açıqlama

ABŞ-nin "Cloudflare" bulud servisində baş vermiş miqyaslı texniki nasazlığın səbəbi təhlükəli trafiki idarə etmək üçün avtomatik yaradılan konfiqurasiya faylı olub.

Texniki nasazlığın səbəbi bilindi -
ABŞ-nin "Cloudflare" bulud servisində baş vermiş miqyaslı texniki nasazlığın səbəbi təhlükəli trafiki idarə etmək üçün avtomatik yaradılan konfiqurasiya faylı olub.

meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə "Kommersant" nəşrinə məlumatı servisin Mətbuat Xidmətindən veriblər.

Məlumata görə, nasazlıq konfiqurasiya faylının gözlənilən ölçüdən böyük olması səbəbindən yaranıb, bu da "Cloudflare"in bir sıra xidmətlərinin trafikini emal edən proqram təminatının işində xətaya gətirib çıxarıb.

------------ Dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda bəzi saytlara giriş məhdudlaşması ilə bağlı yaranmış texniki nasazlıq aradan qaldırılıb.

meqale.com xəbər verir ki, bu barədə Cloudflare-nin məlumatında bildirilib.

Qeyd edilib ki, düzəliş tətbiq olunub: "Hesab edirik ki, insident həll edilib. Bütün servislərin normal iş rejiminə tam qayıtdığından əmin olmaq üçün səhvləri izləməyi davam etdiririk."