"Tofiq Bəhramov"un ot örtüyü yaxşı vəziyyətdə deyil" - "Kopenhagen"in qapıçısı

"Kopenhagen"in qapıçısı Dominik Kotarski UEFA Çempionlar Liqası Liqa mərhələsinin 2-ci turu çərçivəsində "Qarabağ"la sabahkı oyundan danışıb.

"Kopenhagen"in qapıçısı Dominik Kotarski UEFA Çempionlar Liqası Liqa mərhələsinin 2-ci turu çərçivəsində "Qarabağ"la sabahkı oyundan danışıb.

meqale.com xəbər verir ki, o Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyündən şikayətlənib: 

"Stadionda məşq etdik. Ot örtüyü heç də yaxşı durumda deyil. Amma rəqibimiz də bu stadionda oynayacaq, şərtlər bərabərdir. Sabah bizi çətin oyun gözləyir. Qarabağ olduqca güclü təqibdir. Qalib gəlməyə çalışacağıq".