Tovuzda aşan TIR yandı - FOTO

Tovuz rayonunda yük maşını aşaraq yanıb.

Tovuzda aşan TIR yandı - FOTO
Tovuz rayonunda yük maşını aşaraq yanıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı-Qazax yolunun Aşağı Quşçu kəndindən keçən hissəsində Göygöl rayon sakini Elbrus Məlikovun idarə etdiyi TIR yoldan çıxaraq aşıb. Qəzadan sonra avtomobildə yanğın qeydə alınıb.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, avtomobil yanğından mühafizə edilib.

Məlumata görə, sürücü yüngül xəsarət alıb. TIR-ın Rusiyaya bitum apardığı bildirilir. Faktla bağlı araşdırma aparılır.