Tramp İrana ultimatum verdi
ABŞ Prezidenti Donald Tramp İrana ultimatum verib.
meqale.com oxuya istinadən xəbər verir ki, o, Tehrandan Yəmən hüsilərini ("Ənsarullah" üsyan hərəkatı - red.) dəstəkləməyi tamamilə dayandırmağı tələb edib.
"İranın hüsilərə hərbi və ümumi dəstəyinin intensivliyini azaltdığı barədə məlumatlar gəlir, lakin təchizat səviyyəsi hələ də yüksəkdir. İran bu vasitələrin göndərilməsini dərhal dayandırmalıdır. Qoy Hüsilər özləri döyüşsünlər", - amerikalı lider "X"də yazıb və əlavə edib ki, hüsilər istənilən halda məğlub olacaqlar, lakin bu yolla daha tez".
Trampın sözlərinə görə, Yəmən üsyançıları artıq böyük zərər görüblər və vəziyyət daha da pisləşəcək.
"Onlar tamamilə məhv ediləcəklər", - dövlət başçısı yekunlaşdırıb.