Trampdan Malayziyada maraqlı RƏQS - VİDEO
ABŞ prezidenti Donald Tramp bir həftəlik Asiya turnesinə oktyabrın 25-də Malayziyanın paytaxtı Kuala-Lumpurda başlayıb. Kuala-Lumpur hava limanında ABŞ prezidenti onu qarşılayan ifaçılarla ənənəvi rəqsə qatılıb.
meqale.com xəbər verir ki, ənənəvi geyimli əsgərlərin və ifaçıların yanından keçən Tramp rəqsə qoşulub.
Rəqs Malayziyanın silat döyüş sənəti elementlərinə əsaslanır və ölkənin mədəniyyətinə hörmət və dostluq nişanəsi kimi qiymətləndirilir.