Turan Qastroturizm Akademiyası dövlət qeydiyyatına alınıb
2024-cü ilin dekabr ayında Sumqayıt şəhərində yaradılmış Turan Qastroturizm Akademiyası dövlət qeydiyyatına alınıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, "Turan Qastro Turizm" MMC şəhərin Səməd Vurğun küçəsi, 86 ünvanında qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Şamil Gülümşah oğlu Ağacanovdur.
Akdemiya Türk Əməkdaşlıq və Kordinasiya Agentliyi (TİKA) ilə "Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası" İctimai Birliyinin dəstəyi ilə qurulub.