Türkiyə şirkəti Qara dənizdə neft kəşfiyyatı üçün lisenziya müddətinin uzadılmasını tələb edib

Türkiyənin "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) şirkəti Qara dənizdə neft kəşfiyyatı üçün lisenziya müddətinin 23 avqust 2023-cü il tarixindən 3 il uzadılmasını tələb edib.

meqale.com-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin elanı "Rəsmi Qəzet"də dərc edilib.

Qeyd edək ki, TPAO-ya 6 aprel 2023-cü il tarixində Çanaqqala vilayəti ərazisində 42 min 593 hektar sahədə beş il müddətinə neft kəşfiyyatı lisenziyası verilib.