Türkiyə yığmasında daha bir itki - FOTO
AÇ-2024-də iştirak edəcək Türkiyə yığması növbəti ciddi itki ilə üzləşib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, "ay-ulduzlular"ın daha bir futbolçusu Almaniyada baş tutacaq qitə birinciliyinə qatılmayacaq.
Söhbət Ozan Kabakdan gedir. 24 yaşlı müdafiəçi İtaliya ilə yoldaşlıq matçında (0:0) zədələnərək sıradan çıxıb. Tibbi müayinələrdən sonra Ozanın sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlanıb.