Tacir Şahmalıoğlu ilə Vüqar arasında qalmaqal

"Meyxanaçıların sənəti bədahətəndir, əvvəlcədən əzbərlənmir. Vüqar 30 illik dostumdur, amma çıxıb efirdə ağzına gələni danışır. Niyə danışırsan? Düşün də. Məni verilişlərin birində "baltalayıb". Mən oxuyanam. Savadlı şairlərin şeirlərinə müraciət edirəm. Mən şair deyiləm".

meqale.com xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu "Rəngarəng" verilişində deyib. O, meyxanaçı Vüqar Əbdülovu onun haqqında səsləndirdiyi fikirlərə görə tənqid edib:

"Vüqara demək istəyirəm ki, 50 illik yaradıcılığımda oxuduğum mahnıların 80 faizi öz bəstələrimdir, 60 faizi isə öz sözlərimdir. Amma mən özümü şair adlandırmıram. Bununla belə, mahnılarıma düzəliş edirəm. Bunlardan xəbərin olmaya-olmaya çıxıb efirdə deyirsən ki, onun-bunun şeirini oxuyursan. Nə var ki, bunda? Bunları öz aramızda de, çıxıb 10 milyon insanın qarşısında səsləndirmə".