Türkiyədə Zəfər Bayramı şərəfinə "Türk Ulduzları"ndan möhtəşəm görüntülər - FOTOlar
Türkiyədə 30 Avqust - Zəfər Bayramı qeyd olunur.
Ankarada təşkil edilən tədbirlərdə Türkiyə Hərbi Hava Qüvvələrinin "Türk Ulduzları" akrobatika komandası Zəfər Bayramı şərəfinə Anıtqəbir səmasında xüsusi uçuş həyata keçirib.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
"Türk Ulduzları"nın nümayiş etdirdiyi uçuş əsrarəngiz görüntülər ortaya çıxarıb və sakinlər tərəfindən böyük maraqla izlənilib.