UEFA “Fənərbaxça”ya cəza verdi

UEFA Türkiyə Superliqasının "Fənərbaxça" klubunu cəzalandırıb.

UEFA “Fənərbaxça”ya cəza verdi
UEFA Türkiyə Superliqasının "Fənərbaxça" klubunu cəzalandırıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.

"Yunion Sent-Julliaz"la səfər matçında yanan məşəl və meydançaya atılan əşyalar səbəbilə "sarı-göylər"in azarkeşlərini 3 səfər matçından məhrum etdiyini bildirilib. O da qeyd olunub ki, "Fənərbaxça" Konfrans Liqasında finala yüksələrsə, bu matçda cəza keçərli olmayacaq və son 1 oyunluq cəza növbəti mövsümün ilk Avropa matçına kimi uzanacaq.

Qeyd edək ki, UEFA Avropa Konfrans Liqasının 1/4 final mərhələsində "Fənərbaxça" Yunanıstanın "Olimpiakos" klubu ilə qarşılaşacaq.

Cütün ilk oyunu aprelin 11-də səfərdə, cavab görüşü isə aprelin 18-də İstanbulda keçiriləcək.