Ukrayna-Polşa sərhədində problem yaxın zamanda həll oluna bilər

Ukrayna-Polşa sərhədinin bağlanması problemi bir neçə həftə ərzində həll oluna bilər.

Ukrayna-Polşa sərhədində problem yaxın zamanda həll oluna bilər
Ukrayna-Polşa sərhədinin bağlanması problemi bir neçə həftə ərzində həll oluna bilər.

meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, bu haqda Polşa Seyminin Xarici Əlaqələr Komitəsinin rəhbəri Pavel Koval bildirib.

Bildirilib ki, Polşa və Ukrayna hökumətləri sərhəddə fermerlərlə problemi həll etmək üçün ortaq dil tapmalıdırlar.

Qeyd edək ki, martın 12-də polşalı fermerlər Ukraynadan 4 istiqamətdə nəqliyyatın hərəkətini bağlayıblar. Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin (DSX) nümayəndəsi Andrey Demçenko danışıb.