Ukrayna sülhlə bağlı şərtlərini açıqladı - Güzəşt olmayacaq
Ukrayna Ali Radasının Xarici Siyasət Komitəsinin sədri Oleksandr Merejko Kiyevin Rusiya ilə mümkün sülh məsələsində sadiq qaldığı üç əsas prinsipi sadalayıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Ukraynanın sözügedən "qırmızı xətləri" aşağıdakılardır:
1-Ukrayna heç bir ərazi güzəştinə getməyəcək.
2-Kremlə NATO-ya daxil olmaq şərtlərini diktə etməyə imkan verməyəcək.
3-Özünümüdafiə qabiliyyətini məhdudlaşdırmağa razı olmayacaq.