Özbəkistanda 1500 illik sikkələr tapıldı - FOTO
Namanqan rayonunda arxeoloqlar nadir sikkələr aşkar ediblər. Tapıntının təxmini yaşı 1200-1500 ildir.
meqale.com oxuya istinadən bildirir ki, sikkələr Sırdəryanın sağ sahilindəki Axsi qəsəbəsi ərazisindən tapılıb.
Aşkar edilmiş tapıntılar arasında 475-600-cü illərə aid Baktriya gümüş sikkələri ilə yanaşı, təxminən IX əsrə - Qaraxanilər dövrünə aid gümüş sikkələr də var. Mütəxəssislərin diqqətini üz tərəfində ərəb, arxa tərəfində isə Çin hərfləri olan başqa bir sikkə cəlb edib.
Hazırda alimlər tapılan sikkələrin üzərindəki təsvirləri, yazıları, onların hazırlandığı metalı və digər tarixi xüsusiyyətlərini öyrənirlər.