Dubayda tullantıları enerjiyə çevirən dünyanın ən böyük zavodu açıldı
Çərşənbə axşamı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dəyəri 1 milyard dollardan çox olan dünyanın ən böyük tullantıları enerjiyə çevirən zavodu açılıb.
meqale.com oxuya istinadən bildirir ki, bu barədə vəliəhd, Əmirliyin İcraiyyə Şurasının sədri Həmdan bin Məhəmməd bin Rəşid Əl Məktum məlumat verib.
Dubayın vəliəhd şahzadəsinin sözlərinə görə, stansiya 220 MVt/saat elektrik enerjisi istehsal etmək iqtidarındadır ki, bu da 135 000 mənzilə xidmət göstərmək üçün kifayətdir.
Müəssisə ətraf mühitə mənfi təsir göstərmədən ildə 2 milyon ton tullantı emal edə bilər.