Ukraynanın Xalq artisti Rusiya vətəndaşlığı almaq istəyir

Ukraynanın Xalq artisti Ani Lorak Rusiya vətəndaşlığı almaq istəyir.

Ukraynanın Xalq artisti Rusiya vətəndaşlığı almaq istəyir
Ukraynanın Xalq artisti Ani Lorak Rusiya vətəndaşlığı almaq istəyir.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" müğənninin yaxınlarına istinadən bildirib.

"Karolina Kuek (artistin əsl adı-red.) hələ fevral ayında Rusiya vətəndaşlığı almaq üçün ərizə verib", - agentliyin həmsöhbəti deyib.

Xatırladaq ki, 2016-cı ildə Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Ani Loraka Rusiya pasportu ala bilməsi üçün kömək təklif etmişdi. O vaxt artistin nümayəndəsi bildirmişdi ki, Ani Lorak Ukrayna vətəndaşlığını dəyişmək fikrində deyil.