Nəriman “Qarabağ”da onları qabaqladı
"Qarabağ"ın heyətində çıxış edən azərbaycanlı futbolçuların 21 yaşına qədərki karyera dövründə klub və avrokuboklarda əldə etdikləri statistik göstəricilər məlum olub.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, futbolçuların erkən yaş dövründəki performansı aşağıdakı kimi qeydə alınıb:
Ramil Şeydayev: 21 yaşına qədər 16 qol və assistlə yadda qalıb, avrokuboklarda oyun keçirməyib;
Mahir Emreli: 21 yaşına qədər 21 qol və assist edib, avrokuboklarda 1 qol vurub;
Toral Bayramov: 21 yaşına qədər 7 qol və assistə imza atıb, avrokuboklarda 1 qol müəllifi olub;
Musa Qurbanlı: 21 yaşına qədər 39 qol və assist qeydə alıb, avrokuboklarda isə fərqlənə bilməyib;
Nəriman Axundzadə: 21 yaşına qədər 52 qol və assistlə ən yüksək göstəriciyə sahib olub. Avrokuboklarda 3 qol vurub, 6 assist edib.