Gürcüstanın baş naziri: Azərbaycan bizim xüsusi dostumuzdur
"Hamıya yaxşı məlumdur ki, Azərbaycan Gürcüstanın xüsusi dostudur".
meqale.com verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
O, Türkmənistanda azərbaycanlı həmkarı ilə çox səmimi görüşün və söhbətin olduğunu qeyd edib.
"Gürüstan və Azərbaycan hökumətləri arasında olduqca yaxşı münasibətlər qurulub. Buna əsaslanaraq, inanıram ki, biz istənilən məsələdə ortaq dil tapmaqda çətinlik çəkməyəcəyik", - Kobaxidze əlavə edib.
Azərbaycandan Ermənistana Gürcüstan vasitəsilə daşınmalara gəlincə, baş nazir bildirib ki, tranzitin hansı formada həyata keçiriləcəyi danışıqların predmetidir: