Uşaq bağçasına silahlı hücum: Yaralanan var - VİDEO - FOTO
Rusiyada naməlum şəxs uşaq bağçasında odlu silahdan atəş açıb.
meqale.com oxuya istinadən xəbər verir ki, hadisə Yeni Moskvada yerləşən "Bilingual Kids Academy"də qeydə alınıb.
Hücum nəticəsində uşaq bağçasının əməkdaşı ayağından yaralanıb. Uşaqlar xəsarət almayıblar.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.
"SHOT" "Telegram" kanalının məlumatına görə, atəşi uşaqlardan birinin atası açıb. O, boşanmaqda olduğu həyat yoldaşı ilə uşaq bağçasında qarşılaşıb.
Sonra qısqanc kişi keçmiş həyat yoldaşının sevgilisinin ayağına atəş açıb və sakit şəkildə skamyada oturaraq polisin gəlməsini gözləyib.