Valyuta əməliyyatlarının vahid informasiya sistemi yaradılacaq

Azərbaycanda valyuta əməliyyatlarının vahid informasiya sistemi yaradılacaq.

Valyuta əməliyyatlarının vahid informasiya sistemi yaradılacaq
Azərbaycanda valyuta əməliyyatlarının vahid informasiya sistemi yaradılacaq.

meqale.com APA-ya istinadən xəbər verir ki, Mərkəzi Bank (AMB) bununla bağlı "Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə"ni təsdiq edib.

Qərara əsasən, informasiya sisteminə valyuta mübadiləsi əməliyyatları barədə məlumatlar 2024-cü il 1 mart tarixindən, Azərbaycandan kənara xarici valyutanın köçürülməsi əməliyyatları barədə məlumatlar isə 2024-cü il 1 iyul tarixindən təqdim edilməlidir.