Vatsapda inqilabi yenilik: səslər sözə çevriləcək - FOTO
Android istifadəçiləri üçün Vatsapa daha bir funksiya əlavə olunub.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "VABetaİnfo" məlumat yayıb.
Məlumata görə, yeni funksiya sayəsində Vatsapda göndərilən səsli mesajları mətnə çevirmək mümkün olacaq.
Bu funksiya ən son beta versiyası 2.24.15.5-ə əlavə edilib və hazırda yalnız məhdud sayda istifadəçi üçün əlçatandır. Yaxın gələcəkdə bu faydalı xüsusiyyət Vatsapın bütün versiyasında aktiv olacaq.