Vətən Müharibəsi Qəhrəmanının ailəsi üçüncü oğlunu itirdi - FOTO

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun ailəsinə ağır itki üz verib.

Vətən Müharibəsi Qəhrəmanının ailəsi üçüncü oğlunu itirdi - FOTO
Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun ailəsinə ağır itki üz verib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidin qardaşı Elnur Əkbərov dünyasını dəyişib. 

Bu gün axşam saatlarında onu halı qəfil pisləşib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

İlkin ehtimala görə, 38 yaşlı şəhid qardaşı ürəktutmadan vəfat edib.

Mərhum bu gün rəhmətə gedən, həmyerlisi Milli Qəhrəman Mübariz ibrahimovun atası Ağakərim İbrahimovun dəfn mərasimində olub.

Vətən Müharibəsi Qəhrəmanı O.Əkbərovun digər qardaşı Taleh Əkbərov isə bu ilin mayında dünyasını dəyişmişdi.