Vüsal ehtiyatda qaldı
Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyə 1-ci Liqasında qələbə qazanıb.
                        meqale.com İdman.Biz-ə istinadən bildirir ki, onun çıxış etdiyi "Boluspor" doğma azarkeşlər qarşısında "Girəsinspor"u məğlub edib.
26-cı tura təsadüf edən oyun 2:1 hesabı ilə yekunlaşıb. Vüsal qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb. O, matçın 89-cu dəqiqəsində meydana daxil olub.