"Whatsapp" bu telefonlarda bloklandı

Məşhur mesajlaşma tətbiqi WhatsApp, 1 yanvar 2025 tarixindən etibarən bəzi telefon modellərində fəaliyyətini dayandıracaq. Meta tərəfindən yayımlanan siyahıya əsasən, tətbiq 8 gün sonra bəzi Motorola, Samsung, HTC, LG və Sony modellərində işləməyəcək.

meqale.com xəbər verir ki, Meta şirkəti, müəyyən aralıqlarla köhnə cihaz modellərinə dəstəyi dayandırır. Şirkət açıqlayıb ki, köhnə aparatlara malik olan və yeni versiyaları işlətdikdə çətinlik çəkən cihazlar üçün dəstək artıq başa çatıb.

İŞLƏMƏYƏCƏK MODELLƏRİN SİYAHISI

Samsung: Galaxy S3 Galaxy Note 2 Galaxy Ace 3 Galaxy S4 Mini Motorola: Moto G (1-ci nəsil) Razr HD Moto E 2014 HTC: One X One X+ Desire 500 Desire 601 LG: Optimus G Nexus 4 G2 Mini L90 Sony: Xperia Z Xperia SP Xperia T Xperia V WhatsApp-ın inkişaf edən funksiyaları və platformaya əlavə olunan yeniliklər, bu cihazların köhnə texnologiyaları ilə uyğunsuzluq yaratdığı üçün tətbiqin işləməsinə mane olur. Yeniliklərin daha stabil işləməsi üçün müasir cihazların istifadəsi zəruridir. Buna görə də köhnə cihazlar üçün dəstək tamamilə dayandırılır.

İPHONE MODELLƏRİ ÜÇÜN SON TARİX MAY 2025