"WhatsApp"dan SEVİNDİRİCİ YENİLİK
"WhatsApp" tərtibatçıları konfrans zənglərinin təşkili üçün rahat funksiya əlavə etməyi planlaşdırırlar.
                        meqale.com oxuya istinadən xəbər verir ki, yenilik artıq "Android" üçün "WhatsApp"ın 2.24.19.14 nömrəli beta versiyasında görünüb.
Bu versiyanı test edənlər qrup söhbətlərində paylaşılabilən zənglərə qoşulmaq üçün keçidlər yaratmaq imkanı əldə ediblər. Bu, istifadəçilərə sadəcə keçidə klikləməklə onlar üçün uyğun vaxtda zənglərə qoşulmağa imkan verir.