Xəstəxanada cibgirlik edən şəxs saxlanıldı
Ağdaş Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini xəstəxanada olarkən cibində olan 530 manat pulunun naməlum şəxs tərəfindən oğurlandığını bildirib.
                        DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan meqale.com-a bildirilib ki, həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Zavur Həsənov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb,araşdırmalar davam etdirilir. Z.Həsənovun digər analoji cinayətlər törətdiyi istisna edilmir.