Xətaidə 60 yaşlı qadını avtomobil vurdu

Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xətaidə 60 yaşlı qadını avtomobil vurdu
Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com report-a istinadən xəbər verir ki, avtomobil yolu keçən 1964-cü il təvəllüdlü Mürşüdova Sevda Bəhram qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.