“Xəzri” və “Xırdalan”ın arzuları var
Bu gün basketbol üzrə Azərbaycan çempionatında VII turun növbəti görüşləri keçiriləcək.
İdman.biz xəbər verir ki, turun ikinci oyun günündə 2 matç baş tutacaq.
"Sumqayıt"ın qonağı olacaq "Xəzri" lider NTD-İNDİQO ilə xalını bərabərləşdirmək üçün mütləq qalib gəlməlidir. "Gənclik şəhəri" təmsilçisi uğurlu oyuna iddia edir.
Ardınca "Xırdalan" isə "Sərhədçi" ilə məğlubiyyət seriyasına son qoymaq üçün mübarizə aparacaq.