XI Qlobal Bakı Forumu ikinci gününü panel iclaslarla davam etdirir - FOTO
Azərbaycan paytaxtında keçirilən "Parçalanan dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumu ikinci gününü panel iclaslarla davam etdirir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, forumun ikinci günündə "Xoş sözlərdən yaxşı işlərə: COP29 üçün hansı məqsədlər qoyula bilər?", "Həyatımızın maliyyələşdirilməsi: iqlim ədaləti" , "Hamı üçün sağlamlıq", " Regional hərbi və iqtisadi birliklərin rolu" adlı dörd panel iclası keçiriləcək.
Panel iclasları ilə yanaşı, BMT Baş Assambleyasının 78-ci prezidenti Dennis Francis'in və Türkiyənin xarici işlər naziri Hakan Fidanın forum iştirakçılarına müraciəti gözlənilir.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.