Xüsusi Təyinatlıların ŞOK ƏMƏLİYYATI - "Ördəklər"in lideri SAXLANILDI - VİDEO

Türkiyənin Hatay vilayətində Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi 'Ördəklər' cinayət təşkilatının liderini yaxalayıb. 

Xüsusi Təyinatlıların ŞOK ƏMƏLİYYATI -
Türkiyənin Hatay vilayətində Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi 'Ördəklər' cinayət təşkilatının liderini yaxalayıb. 

meqale.com musavat.com-a istinadən xəbər verir ki, 17 il 6 ay həbs cəzası alan 'Ördəklər' cinayət təşkilatının lideri M.Ö-nün 2023-cü ilin yanvar ayında həbsxanadan qaçdığı müəyyən edilib.

Ötən şənbə günü keçmiş boksçu M.Ö-nün tutulması üçün xüsusi təyinatlıların dəstəyi ilə əməliyyat keçirilib. Əməliyyat zamanı sözügedən cinayətkar təşkilatın rəhbəri Antakyanın Gülderen rayonunda gizləndiyi məlum olub. M.Ö keçirilən əməliyyat nəticəsində yaxalanıb. Həmin şəxs Kilis L Tipi Cəza Müəssisəsinə təhvil verilib.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun