Yəməndə yanacaqdoldurma məntəqəsində partlayış - ölənlər var

Yəmənin Ədən şəhərində yanacaqdoldurma məntəqəsində partlayış olub.

Yəməndə yanacaqdoldurma məntəqəsində partlayış -  ölənlər var
Yəmənin Ədən şəhərində yanacaqdoldurma məntəqəsində partlayış olub.

meqale.com AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Hadisədə üç nəfər ölüb, 15 nəfər isə yaralanıb. Zərərçəkənlər Əl-Cumhuriya, Əl-Əmirki, Əl-Bureyxi və Əl-Vali xəstəxanalarına göndərilib.

Qeyd olunur ki, şəhərdəki stansiyalardan birində məişət qazı çəni partlayıb, bundan sonra yanğın başlayıb.